Futbolçunun evindən 100 minlik pul və qızıl oğurlandı
“Valensiya”nın hücumçusu Lardji Ramazaninin evindən oğurluq edilib.
Msport.az xəbər verir ki, hadisə La Liqanın 38-ci turunun “Barselona” ilə oyunu (3:1) zamanı baş verib.
Qarətçilər evə pəncərədən daxil olublar. 25 yaşlı futbolçu Londona getməyə hazrlaşırmış, ona görə də çantalarını yığıb hazır edib.
Ramazani “Valensiya”da icarə əsasında çıxış edir. O, “Lids Yunayted”in futbolçusudur.
İlkin qiymətləndirməyə görə, evdən 100 min avroluq qızıl-zinnət əşyaları, dizayner tərəfindən hazırlanmış xüsusi geyimlər və nağd pul aparılıb.







