featured-image-81545

Almaniyalı hücumçu Niklas Fyüllkruq “Vest Hem”dən icarə əsasında “Verder”ə keçib.

Msport.az xəbər verir ki, bu barədə Bremen klubunun rəsmi saytı məlumat yayıb.

Müqavilənin müddəti 2026-2027-ci illər mövsümünün sonuna qədərdir.

33 yaşlı futbolçu “Verder”in yetirməsidir. O, bundan başqa, “Nürnberq”, “Hannover”, “Borrusiya Dortmund” və “Milan” kimi klubların şərəfini qoruyub.

Fyüllkruq 2026-cı ilin yanvarından icarə əsasında “Milan”da çıxış edirdi. O, İtaliya təmsilçisində 20 oyunda 1 qol vurub.

 

Bənzər xəbərlər