featured-image-37661

Gəncə şəhər stadionu söküləcək.

Bu barədə Msport.az saytına klubdan məlumat verilib.

Bildirilib ki, köhnə arenanın yerində müasir standartlara cavab verən 16 min azarkeş tutumuna malik yeni arena inşa olunacaq.

Lakin hələlik işlərin başlayacağı və yeni stadionun hazır olacağı tarix dəqiq bilinmir.

Söküntü müddətində “Kəpəz”in ev oyunlarını Gəncədə keçirə biləcəyi istisna olunmur. Ehtiyat meydançanın yaxşı vəziyyətdə olması buna imkan verir. Əgər klubun orada oyun keçirməsi işin gedişinə mane olmayacaqsa, qərb təmsilçisi rəqiblərini doğma məkanda qəbul edəcək.

Əks halda, komanda yaxın rayonlardan birinə, daha dəqiq desək, Qəbələ şəhər stadionuna üz tuta bilər.

Bənzər xəbərlər