featured-image-626

Bu gün DÇ-2022-nin pley-off oyunlarına start veriləcək. 

Msport.az xəbər verir ki, əvvəlcədən 6 qarşılaşmanın keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç olacaq.  FİFA Ukraynaya hücum səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyəcək. Ruslara texniki məğlubiyyət verildiyi üçün Polşa finala vəsiqə qazanıb. Ukrayna – Şotlandiya ilə matçı isə iyuna təxirə salınıb.

Türkiyə millisi səfərdə Portuqaliyanın qonağı olacaq. Avropa çempionatının son qalibi İtaliya yığmasının rəqibi isə Şimali Makedoniya olacaq.

Qeyd edək ki, pley-off mərhələsində hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçirilir. Final görüşləri martın 28 və 29-da olacaq.  A yolunda Rusiya texniki məğlubiyyət aldığı üçün pley-off-un finalında Polşa Uels-Avstriya cütünün qalibi ilə üz-üzə gələcək.

Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə olacaq.

Xatırladaq ki, bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.

DÇ-2022
Pley-off mərhələsi, Yarımfinal

24 mart
A yolu
23:45. Uels – Avstriya

B yolu
23:45. İsveç – Çexiya

C yolu
23:45. İtaliya – Şimali Makedoniya
23:45. Portuqaliya – Türkiyə

Bənzər xəbərlər