featured-image-77497

Gürcüstan və Ermənistan birgə şəkildə 2029-cu ildə keçiriləcək FIFA U-20 dünya çempionatına ev sahibliyi edəcək.

Msport.az xəbər verir ki, bu haqda FİFA məlumat yayıb.

Bu qərar Vankuverdə keçirilən qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Ermənistan və Gürcüstanın təqdim etdiyi birgə namizədlik qalib seçilib.

Qeyd edək ki, 2026-cı ildə FİFA-nın U-20 dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcək.

Bənzər xəbərlər