featured-image-78772

Hakan Safi “Fənərbağça”nın prezidenti seçilsə, bir neçə ulduz futbolçular transfer edə bilər.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, İstanbul klubu “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun keçidini həll etmək istəyir.

Safi bundan başqa, Meyson Qrinvud (Marsel), Merih Demiral (Əl Əhli), Luis Suaresin də (İnter Mayami) tranferində maraqlıdır.

“Fənərbaxça”nı yeni prezidenti bu gün məlum olacaq. Prezidentliyə namizədlər Hakan Safi və Əziz Yıldırımdır.

 

Bənzər xəbərlər