featured-image-79272

Mərakeş millisinin və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi bir qadına təcavüz ittihamı ilə bağlı məhkəmə qarşısına çıxacaq.

Msport.az xəbər verir ki, futbolçunun tərəfinin verdiyi apellyasiya şikayəti rədd edilib və işə cinayət məhkəməsində baxılacaq.

Bildirilir ki, dinləmələr zamanı Fransa millisinin hücumçusu Kilian Mbappe də şahid qismində ifadə vermək üçün çağırılacaq.

2023-cü ildə Həkimiyə 24 yaşlı qadına qarşı təcavüz ittihamı ilə rəsmi ittiham irəli sürülmüşdü. Bundan sonra o, məhkəmə nəzarəti altına alınmışdı.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2021-ci ildən PSJ-də çıxış edir. O, Paris təmsilçisinin heyətində Fransa çempionatının 5 qat qalibi olub, həmçinin 2 Fransa kuboku, 3 Fransa Superkuboku və Qitələrarası kubok qazanıb.

Bənzər xəbərlər