Hakimlərimiz AVRO-2024-ün seçmə mərhələsində
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.
Msport.az AFFA rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisi AVRO-2024-ün seçmə mərhələsində Finlandiya – Şimali İrlandiya matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.
Qeyd edək ki, noyabrın 17-də Helsinkidə reallaşacaq Finlandiya – Şimali İrlandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.