Halkın yeni klubu məlum oldu
39 yaşlı braziliyalı hücumçu Halk karyerasını başa vurmaq niyyətində deyil.
Msport.az xəbər verir ki, bu günlərdə “Atletiko Mineyro”dan ayrılan futbolçu özünə yeni klub tapıb. İnsayder Fabritsio Romanonun yazdığına görə, təcrübəli forvard “Fluminense”yə keçəcək.
Hələ ki treansferin detalları açıqlanmır.
Halk 2021-ci ilin fevralından “Atletiko Mnineyro”da çıxış edirdi. Onun müqaviləsi 2026-cı ilin sonuna qədər idi.
Halk karyerası ərzində “Zenit”, “Portu”, “Şanxay Port”, “Tokio Verdi”, “Kavasaki Frontale”, “Vitoriya” kimi komandalarda oynayıb.







