featured-image-5633

“Zenit” klubu üçün yeni geyimləri Qırğızıstanın “İdman moda evi Bigser Sport” hazırlayacaq.

Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya-Qırğızıstan İnkişaf Fondunun idarə heyətinin sədri Artyom Novikov bu açıqlama ilə çıxış edib.

Mənbənin sözlərinə görə, Sankt Peterburq klubu ilə “Bigser Sport” artıq müqavilə də bağlayıb.

Novikov deyib ki, bundan sonra rusiyalı futbolçular üçün geyimləri Qırğızıstan firması tikəcək: “Biz əminik ki, ölkəmizin eksport potensialı qonşulardan və Avropa ölkələrindən geri qalmayacaq. Odur ki, Rusiya şirkətləri gələcək sağlam əməkdaşlıq üçün etibarlı tərəfdaşlar tapa bilərlər”.

Qeyd edək ki, əvvəlcə mətbuatda Nike-ın “Zenit”in txniki sponsoru qalacağına dair məlumat yayılmışdı. Ancaq şirkət gələn mövsüm üçün yeni kolleksiya təqdim etmək niyyətində deyil.

Bənzər xəbərlər