Harri Keyn Avropanın ilk “5-liy”ində
İngiltərə yığmasının hücumçusu Harri Keyn DÇ-2026-nın seçmə mərhələsinin oyununda Latviyanın qapısından 2 top keçirməklə Avropa millilərində ən çox qol vuran beş futbolçu arasına daxil olub.
Msport.az xəbər verir ki, o, millinin heyətində 110 matçda 76 qola çataraq Macarıstan yığmasında 68 oyunda 75 qol vuran Şandor Koçişi qabaqlayıb.
Keyndən daha çox qol vuran futbolçular isə Ferents Puşkaş (84), Robert Levandovski (87), Romelu Lukaku (89) və siyahıya başçılıq edən Kriştiano Ronaldodur (143).