Harri Keyn Bobbi Çarltonu geridə qoydu
Harri Keyn İngiltərə millisinin heyətində 50-ci qolunu vurub. Msport.az xəbər verir ki, 28 yaşlı forvard Millətlər Liqasının 2-ci turunda səfərdə Almaniya ilə matçda fərqlənib – 1:1.
“Tottenhem”in hücumçusu millinin bombardirləri siyahısında Bobbi Çarltonu geridə qoyub.
İngiltərə yığmasında yalnız Ueyn Runi Keyndən çox qol vurub – 53.