Harri Keyn İtaliyanın mundialdan kənarda qalmasından xəbərsiz imiş
İngiltərə milli komandasının hücumçusu Harri Keyn İtaliyanın dünya çempionatına vəsiqə qazanmamasından xəbərsiz olub.
Msport.az “SportsCenter”ə istinadən xəbər verir ki, “Tottenhem”in forvardı Qətərdə favorit gördüyü komandaların adlarını açıqlayıb:
“Yaxşı komandalar çoxdur. Avropanın top-komandaları biz, Almaniya, Fransa, İspaniya, İtaliya, həmçinin Braziliya və Argentina.
Dünya çempionatında qalib gəlmək üçün 7 oyunu ən yüksək səviyyədə keçirməlisən”.
Xatırladaq ki, İtaliya yığması DÇ-2022-yə vəsiqə qazana bilməyib. Roberto Mançinin komandası pley-off oyununda Şimali Makedoniyaya uduzub – 0:1.