featured-image-1921

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik Erik Bayini sosial şəbəkədəki davranışına görə tənqid edib.

Msport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “İnstaqram”da fanatlardan birinin “star heyətində Varanla Bayini buraxın” fikrinə “məmuniyyətlə” şərhini yazıb. “Qırmızı şeytanlar”ın baş məşqçisinə mətbuat konfransında bu haqda sual verilib:

“Mən “İnstaqram”da yoxam. Qulaq asın, mən dəqiq bilmirəm nə olub, bu səbəbdən futbolçulardan mətbuat konfransında danışmayacam. Bunun mənası yoxdur. Sizə yalnız bir şey deyə bilərəm, həyatımda heç vaxt “İnstaqram”da qeydiyyatdan keçməyəcəm.

Əgər siz dediyiniz, doğrudursa, bu, hansı liqada çıxış etməsindən asılı olmayaraq, heç bir klubda baş verməməlidir”.

Bənzər xəbərlər