featured-image-75197

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Msport.az xəbər verir ki, Bakıda “Qarabağ”a qalib gəldikləri (6:1) görüşdə 4 qol vuran “Nyukasl”ın hücumçusu Entoni Qordon da namizədlər arasında yer alıb.

Ondan başqa, siyahıda “Bodo/Qlimt”dən Kasper Hoq, “Bayer”dən Patrik Şik və PSJ-dən Dezire Duenin də adı var. Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.

Qeyd edək ki, Entoni Qordon Çempionlar Liqasında bu mövsüm vurduğu qolların sayını 10-a çatdıraraq bombardirlər siyahısında 1-ci yerə yüksəlib.

Bənzər xəbərlər