featured-image-84598

“Arsenal”ın sabiq müdafiəçisi Vilyam Qallas London klubunun futbolçusu Uilyam Salibanın “Real”a keçmək imkanını dəyərləndirib.

Msport.az xəbər verir ki, fransalı veteran müdafiəçi Madrid təmsilçisindən təklif gələcəyi təqdirdə həmyerlisinin bu fürsəti dəyərləndirəcəyini düşünür.

“Bilirəm, dediklərim çoxlarının xoşuna gəlməyəcək. Amma “Real” və “Arsenal”ın tarixinə baxsaq, Madrid klubu başqa səviyyədədir. Orada təzyiq daha böyükdür, atmosfer fərqlidir. Azarkeşlər hər oyunda qələbə, hər mövsüm isə La Liqa və ya Çempionlar Liqası titulunu gözləyirlər”, – deyə Qallas bildirib.

O, Salibanın mümkün qərarının anlayışla qarşılanmalı olduğunu vurğulayıb: “Hazırda ən yaxşı formada olmasalar da, “Real” yenə də “Real”dır. Əminəm ki, ora keçmək imkanı qazanan istənilən futbolçu bundan istifadə etməyə çalışacaq. Saliba da belə qərar versə, onu qınamaq olmaz”.

Qallasın fikrincə, “Arsenal” və “Mançester Yunayted” tarixi nüfuz baxımından hələ də “Real” və “Barselona”dan geri qalır.

Qeyd edək ki, zədədən sonra məşqlərə qayıdan Salibanın yenidən meydana çıxmağa hazırlaşdığını “Arsenal”ın baş məşqçisi Mikel Arteta da təsdiqləyib.

Bənzər xəbərlər