featured-image-37869

“Qarabağ”ın son matçları komandanın oyun baxımından yüksəlişdə olduğunu göstərir”.

Bu sözləri Msport.az saytına açıqlamasında “Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hekken”ə qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşən 42 yaşlı mütəxəssis Azərbaycan çempionunu daha şanslı hesab edir: “Çətin səfər oyunudur, amma buna baxmayaraq, inanıram ki, “Qarabağ” Vətənə yaxşı nəticə ilə qayıdacaq”.

O, “Qarabağ”ın səfərdə hücum futbolu oynayacağını vurğulayıb: “Qarabağ”ın öz üslubu var və inanmıram ki, bu, rəqibə görə dəyişsin. Ona görə də Ağdam təmsilçisi dominant, hücüm futbolu sərgiləyəcək”.

Quliyev zədəli Bəhlul Mustafazadə ilə Marko Veşoviçin yoxluğunu “Qarabağ” üçün ciddi itki adlandırıb: “Artıq hər iki oyunçu komanda üçün əsas fiqurlardır. Zədəli olmaları, təbii ki, pisdir. Amma bu gün “Qarabağ” formalaşmış heyətə malikdir. İstənilən oyunçu oynayanda komandanın çıxışına bir o qədər təsir etmir”.

Mütəxəssisin sözlərinə görə səfərdə qazanılacaq mümkün qələbə “köhlən atlar”ın qrupdan çıxması baxımından çox şeyi həll edəcək: “Amma heç-heçə də pis nəticə sayılmamalıdır. Bu komandaya Bakıda mütləq qalib gəlməliyik. Hər xal çox önəmlidir”.

Qeyd edək ki, oktyabrın 5-də “Ullevi” stadionunda keçiriləcək “Hekken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər