featured-image-2287

“Liverpul “un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinal mərhələsində ” Vilyarreal “a qalib gəldikləri ilk oyun (2:0) barədə danışıb.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis cavab matçına da eyni əhval-ruhiyə ilə çıxmaq istədiklərini deyib:

“Bütün oyun boyu təzyiq göstərməyə davam etməmiz lazım olduğu aydın idi. “Vilyarreal” təzyiqi dəf edən kimi dərhal təhlükə yaradan bir komandadır. Amma biz əla iş gördük və çox yaxşı oyun göstərdik. İlk hissədə çox yaxşı çıxış etdik. Nikbinliyi qorumaq lazımdır. Hələlik hər şey yaxşı gedir. İndi biz “Vilyarreal”a cavam matçı üçün İspaniyaya uçub finala yüksəlməyə çalışacağıq. İkinci görüşdə ayıq olmalı və birincidə olduğu kimi tamamilə eyni əhval-ruhiyyə ilə işləməliyik. 2:0 hesabı ilə öndəyik. Bu, heç də pis deyil. Ancaq başa düşürük ki, daha irəli getməliyik”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu mayın 5-i İspaniyada keçiriləcək.

 

 

 

Bənzər xəbərlər