featured-image-2248

“Real”ın direktoru Emilio Butragenyo Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Mançester Siti”yə məğlubiyyəti (3:4) şərh edib.

Msport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “kral klubu”nun rəsmisi İngiltərədə keçirilən oyunu heyrətamiz adlandırıb:

“Tamaşaçı baxımından inanılmaz bir matç oldu. Bu gün gördüyümüz oyundakı kimi, hücumameylli və az sayda kobudluq edən iki komanda tapmaq çox çətindir. Futbol nöqteyi-nəzərindən bu, hər mənada heyrətamiz oyun idi”.

“Real”la MS arasındakı cavab qarşılaşması mayın 4-də Madriddə keçiriləcək.

Bənzər xəbərlər