featured-image-38713

“Mənə göstərdikləri etimada görə həmkarlarıma minnətdarlığımı bildirirəm”.

Bu sözləri Msport.az saytına açıqlamasında “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov deyib.

AFFA Klublar Komitəsinin yeni sədri seçilən funksioner bildirib ki, son bir ildə komitənin fəaliyyətində ciddi dəyişikliklər baş verib: “Klublar bir-biri ilə, eləcə də federasiya və PFL ilə daha sıx əməkdaşlıq etməyə başlayıblar. Hərdən mübahisəli məsələlər də olur, ancaq ortaq məxrəcə gələ bilirik”.

Adıgözəlov hesab edir ki, Klublar Komitəsi Azərbaycan futbolunun inkişafında mühüm rollardan birini oynayır: “Bildiyiniz kimi, bizim bütün müzakirələrimiz və qəbul etdiyimiz qərarlar məsləhət xarakteri daşıyır. Klubların fəaliyyəti ilə bağlı proseslərin təkmilləşdirilməsi istiqamətində birlikdə əlimizdən gələni edəcəyik”.

Bənzər xəbərlər