featured-image-569

“Real”ın qapıçısı Tibo Kurtua El Klasikoda “Barselona”ya 0:4 hesablı məğlubiyyəti şərh edib.

Msport.az xəbər verir ki, belçikalı qolkiper hesabın daha böyük ola biləcəyini deyib:

“Biz oyuna fəal başlamaq istədik. Ancaq rəqib boş zonaları tapırdı. Kifayət qədər kompakt oynaya bilmirdik. Birinci və ikinci qolda diqqətli olmadıq.

Fasilədə taktiki dəyişikliklərə gəlincə, bəzən oyun bunu vadar edir. İkinci yarıya pis başlamadıq, Valverdenin fərqlənmək imkanı oldu. Ancaq sonra yenə qapımızda qol gördük.

Topla çıxanda ötürmələrin ünvana çatdırılmasında problemlərimiz var idi. İkinci hissədə mübarizə aparmağı da dayandırdıq.

“Barsa”nın başqa qol şansaları da var idi. Hesab daha pis ola bilərdi”.

Bənzər xəbərlər