featured-image-4214

“Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenko növbəti dəfə Ukraynadakı hadisələrə münasibət bildirib. Msport.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu vətəninə necə xeyirli ola biləcəyi haqda danışıb:

“Bu suala Andrey Şevçenko yaxşı cavab verib. Mən həyatım boyu 1-2 dəfə əlimdə avtomat tutmuşam. Bilmirəm, əlimdə avtomat öz ölkəmə xeyir verə bilərəmmi?  Ancaq hiss edirəm ki, mənim missiyam “instagram”da olan auditoriyam ilə danışmaqdır. Mənim vəzifəm bütün dünyaya Ukraynada baş verənləri göstərmək,  orada olanlar haqqında məlumat verməkdir.

Ukraynalı olduğum üçün çox qürur duyuram. Əlimdə Ukrayna bayrağını tutanda və ya ona bürünəndə bu, inanılmaz duyğulardır. Bunu ölkə xaricində çıxış edən hər bir ukraynalı etməliidr”.

Bənzər xəbərlər