featured-image-40327

Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

Msport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu həlledici raundda yerli idmançı Soişi Haşimoto ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Heydərov qızıl medal qazanıb.

81 kq-dakı Zelim Tçkayev isə bürünc mükafata sahib çıxıb. O, Tacikistan təmsilçisi Somon Makhmadbekovu məğlub edib.

Bənzər xəbərlər