featured-image-71945

Azərbaycan I Liqasında VIII tur start götürüb. 

Msport.az xəbər verir ki, turun açılış günündə üç oyun baş tutub.

“Zaqatala” doğma meydanda “Şahdağ Qusar”ı qəbul edib. Oyunun taleyini bir qol həll edib. Cavad Kərimovun vurduğu qol “Zaqatala”ya 3 xal gətirib.

Günün mərkəzi oyununda “Mingəçevir” ilə MOİK üz-üzə gəlib. Binə qəsəbə stadionunda keçirilən görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb – 3:0. “Mingəçevir”in heyətində Mehdi Səfərov dubl edib.

“Cəbrayıl” – “Şimal” qarşılaşmasında 7 qol vurulub. “Şimal” bu mövsüm ən ağır məğlubiyyətini alıb – 0:7.  “Cəbrayıl”ın heyətində Noh Lobe 2 qol vurub.

Azərbaycan I Liqası
VIII tur
20 noyabr 

“Zaqatala” – “Şahdağ Qusar” 1:0
Qol
: Cavad Kərimov, 69.

MOİK – “Mingəçevir” 0:3
Qollar
: Mehdi Səfərov, 39; 46. Kennet Kalunqa, 70.

“Cəbrayıl” – “Şimal” 7:0
Qollar
: Noh Lobe, 8; 31. Balamirzə Soltanov, 45+1. Arsene Dauda, 55. Sadiq Hüseynli, 65. Andzuno Eli, 63. Həsən Həsənov, 80.

“Baku Sportinq” – “Səbail” oyunu noyabrın 21-də, “Şəfa” – “Difai” matçı isə noyabrın 22-də keçiriləcək.

Bənzər xəbərlər