featured-image-82126

Bu gün futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümə start verilir.

Msport.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək.

Premyer Liqanı ötən mövsüm tərk edən “Karvan Yevlax” səfərdə “Baku Sportinq”in qonağı olacaq. Bu, Ramiz Məmmədovun Yevlax klubunda rəsmi oyunlarda debütü olacaq.

Premyer Liqaya yüksəlməyə əsas namizəd olan “Səbail” debütant “Xankəndi” ilə qarşılaşacaq.

Daha bir iddialı komanda “Şahdağ Qusar” isə səfərdə MOİK-lə üz-üzə gələcək.

Füzuli Məmmədov Qusar klubunun baş məşqçisi kimi liqada debüt oyununa çıxacaq.

I Liqa

3 Sentyabr

17:00. “Baku Sportinq” – “Karvan Yevlax’

“Baku Sportinq Arena” (Buzovna stadionu)

17;00. “Xankəndi” – “Səbail”

Şamaxı Olimpiya Kompleksi

17:00. MOİK – “Şahdağ Qusar”

Binə qəsəbə stadionu

 

Bənzər xəbərlər