featured-image-4132

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçin çempionluqadan sonra paltardəyişmə otağındakı çıxışı yayılıb. Msport.az xəbər verir ki, isveçli forvard üzünü komanda yoldaşlarına tutaraq belə deyib:

“Uşaqlar, sakit olun, mən vidalaşmıram. Əvvəlcə bizə çox az adam inanırdı. Ancaq biz başa düşəndə ki, səbrli davranmalıyıq, inanmalıyıq, işləməliyik, qurban verməliyik, onda əsl komanda olduq. Biz artıq İtaliya çempionuyuq.

Heç də asan olmadı. Lakin biz bir olduq və öz prinsiplərimizə əsasən daha da gücləndik. Mən sizin hamınızla fəxr edirəm.

İndi isə sizdən bir xahişim olacaq: çempionlar kimi bayram edin. Ona görə ki, təkcə Milan bizə məxsus deyil, artıq bütün İtaliya bizə məxsusdur”.

Bənzər xəbərlər