featured-image-80582

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFHHS) DÇ-2026-nın ən yaxşı futbolçusunu müəyyənləşdirib.

Msport.az xəbər verir ki, bu ada Argentina millisinin 39 yaşlı hücumçusu Lionel Messi layiq görülüb.

“Seçim statistik göstəricilər əsasında aparılıb. Bizim versiyamıza görə, Messi ən yaxşı futbolçudur”, – deyə federasiyanın yaydığı açıqlamada bildirilib.

Argentinalı hücumçu başa çatan dünya çempionatında hesabına 8 qol və 4 məhsuldar ötürmə yazdırıb.

Bənzər xəbərlər