featured-image-38862

Abdullah Zubir “Qarabağ” klubundan ayrıla bilər.

Msport “Lequipe” nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan Fransa klubu 32 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Riyad” da təcrübəli oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir. Onun sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Peşəkar karyerasına Fransanın “Qrenobl” klubunda başlayan oyunçu bu ölkədə “İstres” və “Lens” kimi komandaların da formasını geyinib.

Bənzər xəbərlər