featured-image-1204
Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ikinci yarış gününə start verilib.
Msport.az kişilər arasında bu gün körpücük üzərinə ilk olaraq çəkisi 73 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 297 kq (135+162) çəkinin öhdəsindən gələn Paşa İbrahimli qızıl medala yiyələnib. Toplam 286 kq (126+160) nəticə ilə Nurlan Məmmədzadə ikinci, toplam 285 kq (130+155) nəticə ilə Ömər Cavadov üçüncü yeri tutublar.
Qaliblərin mükafatlandırma mərasimində çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarına uğurlar arzulayıb, iki illik fasilədən sonra təşkil olunan Azərbaycan çempionatında yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm sürdüyünü qeyd edib.
Daha sonra qaliblərin təltifetmə mərasimi keçirilib. Qaliblərə mükafatı nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.

Bənzər xəbərlər