İlin ən yaxşı afrikalı futbolçusu adına NAMİZƏDLƏR
Afrika Futbol Konfederasiyası (CAF) 2025-ci ilin ən yaxşı afrikalı futbolçusu mükafatına namizədlərin siyahısını açıqlayıb.
Msport.az xəbər verir ki, siyahıda dünyanın aparıcı klublarından məşhur futbolçular yer alıb.
Namizədlərin siyahısı:
Andre-Frank Zambo Anqissa – “Napoli” (Kamerun)
Fiston Mayele – “Piramids” (Konqo Demokratik Respublikası)
Məhəmməd Salah – “Liverpul” (Misir)
Denis Buanqa – “Los-Anceles” (Qabon)
Seru Qirassi – “Borussiya” Dortmund (Qvineya)
Əşrəf Hakimi – PSJ (Mərakeş)
Usama Lamliui – RSB (Mərakeş)
Viktor Osimhen – “Qalatasaray” (Nigeriya)
İliman Ndiaye – “Everton” (Seneqal)
Pap Matar Sarr – “Tottenhem” (Seneqal)
Qeyd edək ki, bu mükafat 1992-ci ildən etibarən təqdim olunur. Ötən il – 2024-cü ildə qalib “Atalanta”nın futbolçusu Ademola Lukman olmuşdu.