İlin futbolçusu milliyə çağırılmadı
“Real”ın futbolçusu Cud Bellinqem İngiltərə millisinin oktyabrda keçirəcəyi oyunlarına çağırılmayıb.
Msport.az xəbər verir ki, baş məşqçi Tomas Tuxel onu siyahıya əlavə etməyib.
Bellinqem Qazaxıstanda “Kayrat”a qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 81-ci dəqiqədə meydana daxil olub. O, bir müddət əvvəl İngiltərədə ilin ən yaxşı futbolçusu seçilmişdi.
Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 9-da Uelslə evdə, 14-də Latviya ilə səfərdə üz-üzə gələcək.