featured-image-8248

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan tam vaksin olunmadığını üçün ABŞ-da keçiriləcək təlim-məşq toplanışına gedə bilməyəcək. Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, yarımmüdafiəçi covid-ə qarşı yalnız bir dəfə peyvənd olunub. ABŞ-a səfər edənlər isə mütləq iki dəfə vaksinasiyadan keçməlidirlər.

İlkay 2020-ci ilin sentyabrında Covid-ə yoluxub, ötən yay isə o, ilk peyvəndi vurdurub. Almaniyada bu cür insanlar artıq tam peyvənd olunmuş sayılırlar.

ABŞ-a gedən əcnəbilər isə mütləq iki dəfə vaksin olunduqlarına dair sənəd göstərməlidirlər. Gündoğan ABŞ-a yollanmaq üçün ikinci peyvəni vurdurmağa hazırlaşsa da, ötən ay yenidən koronavirusa yoluxub. Həkimlər növbəti peyvəndi yalnız 3 aydan sonra vurdurmağı məsləhət biliblər.

İlkaydan başqa, Con Stounz, Fil Foden, Emerik Laport da ABŞ-a gedə bilməyiblər.

Bənzər xəbərlər