featured-image-71493

Premyer Liqanın XI turunda “İmişli”ni qəbul edəcək “Şamaxı” 3 futbolçunun xidmətindən məhrum olacaq.

Msport.az xəbər verir ki, əcnəbi oyunçular bölgə təmsilçisinə kömək edə bilməyəcək.

Andrey Tirkaveanu zədə səbəbindən oynamayacaq. Abdullahi Şuaybu və Alfons Msanqa isə cəza səbəbindən matçı kənardan izləyəcək.

Qeyd edək ki, “Şamaxı” – “İmişli” qarşılaşması sabah keçiriləcək.

Bənzər xəbərlər