"İmişli"nin futbolçusu əməliyyat olundu
Azərbaycan Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə oyunda ağır zədə alan “İmişli”nin futbolçusu Vüsal Qənbərov əməliyyat olunub.
Msport.az xəbər verir ki, o, qamış və incik sümüklərinin sınığı diaqnozu ilə bu gün əməliyyata girib.
Əməliyyat uğurla həyata keçirilib, 22 yaşlı yarımmüdafiəçinin vəziyyəti stabil və qənaətbəxşdir.
Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq.







