featured-image-1353

“Latsio”nun hücumçusu Çiro İmmobile İtaliya millisindəki karyerasını başa vurmaq qərarına gəlib.

 

Msport.az xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb. İtaliya millisinin Argentina ilə yoldaşlıq oyunu (1 iyun) 32 yaşlı hücumçunun millidəki sonuncu matçı ola bilər.

İmmobile DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniyaya məğlubiyyətə (0:1) görə azarkeşlərin tənqidindən sonra bu qərarı verib. Azarkeşlər Çironu millidə klubdakı kimi oynamamaqda ittiham ediblər.

Bənzər xəbərlər