featured-image-6323

“Liverpul”u “Bayern Münhen”ə dəyişən Sadio Mane Almaniyada ilk açıqlamalarını verib.

Msport.az “Bild”ə istinadən xəbər verir ki, Seneqal millisinin hücumçusu yeni klubunda Çempionlar Liqasını qazanmaq istədiyini deyib:

“Hər uşaq Çempionlar Liqasını qazanmağı arzulayır. Dünyada hər bir futbolçu bu kuboka sahib olmaq üçün alışıb-yanır. İndi mən böyük rəqabət olan komandadayam. Lakin Çempionlar Liqasının finalından danışmaq hələ tezdir. Biz hələ bir yerdə bir oyun belə keçirməmişik. Buna baxmayaraq, əlimizdən gələni eədəcəyik ki, finala çıxaq”.

 

Bənzər xəbərlər