featured-image-78925

FIFA prezidenti Canni Infantino somalili hakim Omar Abdulkadir Artanın ABŞ-a burxılmamasına münasibət bildirib.

Msport.az xəbər verir ki, ABŞ hökuməti referinin terror təşşkilatları ilə əlaqələrinin ola biləcəyindən şübhələniblər. Bu səbəbdən də ötən il Afrika qitəsinin ən yaxşı hakimi seçilən Artan hava limanından geri göndərilmişdi:

“Bu, xoş deyil. Lakin biz hər şeyə nəzarət etmirik. Çalışırıq ki, hər şeyi yoluna qoyaq. Bəzən qışqırmaq əks nəticə verir. İstəyirsinizsə, mənə inanmayın, amma biz hər zaman həll yollarını tapmağa çalışırıq. Ancaq biz dünyanın kralları deyilik” – FİFA prezidenti İnfantino belə deyib.

 

Bənzər xəbərlər