İnfantino haqda araşdırma başladıldı
ABŞ Nümayəndələr Palatasının üzvü Ceymi Raskin FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmaya başlayıb.
Msport.az xəbər verir ki, Raskin FIFA-nın ABŞ prezidenti Donald Tramp və onun administrasiyası ilə əlaqələrini üzə çıxara biləcək sənədlərin təqdim olunmasını istəyib.
O, həmçinin FIFA-nın Mayami və Nyu-Yorkdakı ofislərinin ziyarət jurnallarının təqdim edilməsini tələb edib. Məktubda ABŞ Ədliyyə Nazirliyinin 2015-ci ildə FIFA-da korrupsiya işi üzrə təqsirləndirilən şəxslərlə bağlı ittihamları geri götürməsi də xatırladılıb.
Raskin sonda İnfantinodan Nümayəndələr Palatasının Hüquq Komitəsinə rəsmi ifadə verməsini istəyib.







