featured-image-81065

İspaniyanın “Marca” nəşri FIFA prezidenti Canni İnfantinonu əvəz edə biləcək 5 əsas namizədin adını açıqlayıb.

Msport.az xəbər verir ki, sSiyahıda PSJ-nin sahibi və Avropa Futbol Klubları Şurasının (EFC) sədri Nasser Əl-Xelaifi, FIFA-nın vitse-prezidenti və CONCACAF prezidenti Viktor Montalyani, UEFA başqanı Aleksander Çeferin, Asiya Futbol Konfederasiyasının (AFC) rəhbəri Şeyx Salman bin İbrahim Əl Xəlifə, eləcə də Afrika Futbol Konfederasiyasının (CAF) başçısı Patris Motsepe yer alıblar.

Nəşrin məlumatına görə, ən real namizəd məhz Montalyanidir. O, FIFA Şurasının vitse-prezidenti kimi qurumun daxili iş prinsiplərini yaxşı bildiyindən əsas favorit hesab olunur.

Prezidentliyə namizədlərin irəli sürülməsi üçün son tarix 18 noyabr 2026-cı ildir. Namizədi yalnız milli futbol assosiasiyası irəli sürə bilər və bunun üçün o, ən azı beş milli federasiyanın dəstəyini qazanmalıdır.

FIFA prezident seçkiləri isə 18 mart 2027-ci ildə Mərakeşin paytaxtı Rabatda keçiriləcək.

Bənzər xəbərlər