featured-image-2139

Böyük Britaniya 2028-ci ildə keçiriləcək Avropa çempionatını təşkil etmək hüququ qazansa, “Liverpul”un “Enfild Roud” stadionunda oyunlar olmayacaq.

Msport.az “The Sun”a istinadən xəbər verir ki, “Enfild”in adı 16 arenanın siyahısına daxil edilməyib.

İngiltərə Futbol Federasiyasının nümayəndələri bəyan ediblər ki, “Liverpul”un stadionunda meydanın uzunluğu standartlara cavab vermədiyindən orda milli komandaların oyunlarının keçirilməsi mümkün deyil. UEFA-nın yığmalar üçün əsasnaməsində qeyd olunub ki, meydanın uzunluğu 105, eni isə 68 metr olmalıdır. “Enfild”in uzunluğu cəmi 101 metrdir və qapı arxası tribunalar çox yaxın olduğu üçün dəyişiklik etmək mümkün deyil.

Əgər “Everton”un yeni arenası o vaxta qədər hazır olmasa, Liverpul şəhəri Avropa çempionatından məhrum olacaq. “Everton” yeni stadiona 2024-2025-ci illər mövsümünün əvvəlində köçməlidir.

Bənzər xəbərlər