featured-image-38513

Avro-2024-ün seçmə mərhələsində bu gün İngiltərə – İtaliya matçına ev sahibliyi edəcək “Uembli” stadionunda təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Msport.az xəbər verir ki, buna ötən gün Belçika – İsveç oyunu zamanı Brüsseldə iki isveçli azarkeşin qətlə yetirilməsi səbəb olub.

Londonun baş müfəttişi Gerri Parker bildirib ki, təhlükəsizlik əməkdaşları irimiqyaslı tədbirlərdə asayişi qorumaqda təcrübəlidirlər: “Cinayət və nizamsızlıq ehtimalını azaltmaq, baş verə biləcək hər hansı insidentə vaxtında reaksiya vermək üçün çevik plan mövcuddur”.

Qeyd edək ki, Belçika – İsveç oyunu iki azarkeşin güllələnərək qətlə yetirilməsi səbəbindən təxirə salınıb.

İngiltərə – İtaliya görüşü isə bu gün keçiriləcək.

Bənzər xəbərlər