featured-image-82848

İngiltərə millisinin 5 futbolçusu zədə səbəbindən yığmanın düşərgəsini tərk edib.

Msport.az xəbər verir ki, baş məşqçi Tomas Tuhel onların yerinə yeni oyunçular çağırıb.

Koul Palmer, Deklan Rays, Markus Reşford, Kobbi Meyno və Valentino Livramento zədə səbəbindən qarşıdakı matçlarda forma geyinməyəcəklər.

Onların əvəzinə “Everton”un yarımmüdafiəçisi Ceyms Qarner və “Nottinqem Forest”in üzvü Morqan Qibbs-Uayt milliyə dəvət alıblar.

İngiltərə sentyabr və oktyabrd UEFA Millətlər Liqasında 4 oyun keçirəcək. Tuhelin komandası iki dəfə Çexiya (29 sentyabr, 6 oktyabr) ilə, həmçinin İspaniya (26 sentyabr) və Xorvatiya ( 3 oktyabr) ilə üz-üzə gələcəklər.

Bənzər xəbərlər