featured-image-80863

İngiltərə millisinin yarımmüdafiəçisi Cordan Hendersonun karyerasını harda davam etdirəcəyi məlum olub.

Msport.az xəbər verir ki, 36 yaşlı futbolçu “Çelsi” ilə anlaşıb.

Bu barədə insayder Fabritsio Romano paylaşım edib.

“Liverpul”un sabiq kapitanı London klubu ilə 2 illik müqavilə bağlayacaq. O, “Çelsi”yə azad agent kimi keçir.

Henderson ötən mövsümü “Brentford”da keçirmişdi.

Təcrübəli futbolçu dünya çempionatında meydandan kənarda qələbə sevincini qeyd edərkən qolunu sındırıb zədələnmişdi.

 

Bənzər xəbərlər