İngiltərə millisinin üzvü "İnter"də - RƏSMİ
“İnter” İngiltərə millisinin müdafiəçisi Ced Spenslə anlaşıb.
Msport.az xəbər verir ki, İtaliya klubu 26 yaşlı futbolçunu “Tottenhem”dən transfer edib.
Spenslə müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Müdafiəçi ötən mövsüm “Tottenhem”in heyətində 44 oyunda meydana çıxıb.
Spens dünya çempionatında İngiltərə millisinin heyətində 8 matçda forma geyinib.







