featured-image-80877

İngiltərə millisinin müdafiəçisi Con Stounz karyerasını İtaliyada davam etdirəcək.

Msport.az xəbər verir ki, “Mançester Siti”nin sabiq futbolçusu azad agent kimi “İnter”ə keçib.

Bu haqda insayder Nikolo Skira paylaşım edib.

Onun sözlərinə görə, müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

Stounzun illik maaşı 4,5 milyon avro olacaq.

Bu gün rəsmi müqavilənin imzalanması gözlənilir.

32 yaşlı futbolçu 2016-cı ildən “şəhərlilər”in heyətində çıxış edirdi.

 

Bənzər xəbərlər