featured-image-83520

“Atletiko”nun yarımmüdafiəçisi Culiano Simeone İngiltərə Premyer Liqasının bir neçə klubunun diqqətini cəlb edib.

Msport.az xəbər verir ki, argentinalı futbolçunun transferində “Mançester Yunayted”, “Mançester Siti” və “Tottenhem” maraqlıdır.

Simeone İngiltərə komandalarının marağına baxmayaraq, Madrid klubundan ayrılmağı planlaşdırmır. Argentinalının “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayınadək qüvvədədir. Sazişdə 500 milyon avro məbləğində sərbəstqalma bəndi nəzərdə tutulub, futbolçunun bazar dəyəri isə təxminən 40 milyon avro qiymətləndirilir.

Simeone İspaniya çempionatının cari mövsümündə 8 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bənzər xəbərlər