İngiltərə Premyer Liqası: Konte ən yüksək ödənişli məşqçi ola bilər
“Tottenhem”də baş məşqçi Antonio Konte ilə yeni müqavilənin bağlanması məsələsi müzakirə edilir.
Msport.az football365.com”a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi italiyalı mütəxəssisi İngiltərə Premyer Liqasının ən yüksək ödənişli məşqçisi edə bilər. Konteyə ilinə 23 milyon avro maaş təklif olunur.
“Tottenhem”in bossları baş məşqçinin fəaliyyətindən razıdır və tezliklə onunla yeni müqavilə bağlamaq istəyirlər.
Xatırladaq ki, Konte İngiltərə klubuna 2021-ci ilin noyabrından rəhbərlik edir. Onun anlaşması 2023-cü ilin iyununa kimi nəzərdə tutulub.







