featured-image-5053

İngiltərə milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsindəki ilk oyununda Macarıstanla qarşılaşdı və 0:1 hesablı məğlubiyyətlə üzləşib.

Msport.az xəbər verir ki, macarlar 60 il sonra İngiltərə üzərində qələbəyə seviniblər.

Sözügedən komanda sonuncu dəfə DÇ-1962-də bu rəqibinə 2:1 hesabıyla qalib gəlmişdi. Ondan sonra bu iki komanda arasında baş tutmuş 15 qarşılaşmada macarlar qələbəyə həsrət qalmışdılar.

İngiltərə yığması qrupdakı növbəti matçını Almaniyaya, Macarıstan isə İtaliyaya qarşı keçirəcək.

Bənzər xəbərlər