featured-image-4985

İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini Almaniya və İngiltərənin hazırda iki ən güclü yığma olduqlarını deyib.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Skuadra Adzurra”nın çalışdırıcısı komandalarında çox dəyişiklik olduğunu vurğulayıb:

“İngiltərə və Almaniya hazırkı anda ən güclü komandalardır. Onların heyətində əla oyunçular var. Bizim komanda çox dəyişib ona görə də riskə gedirik. Mən Braziliya, Argentina, Fransa ilə yanaşı Almaniyanı da dünya çempionatının favoritləri arasında görürəm. Onların yaxşı texnikası var, əks hücumlarda sürətlidirlər və dərindən pressinq edirlər. Vahid komanda kimi 100 faiz yetişiblər”.

Qeyd edək ki, İtaliya Millətlər Liqasının A divizionu çərçivəsində bu gün Bolonyada Almaniyanı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bənzər xəbərlər