featured-image-5465

Uels milli komandasının lideri Qaret Beyl ağır təqvimdən gileylənib. Msport.az “BBC Sport”a istinadən xəbər verir ki, “Real”ın hücumçusu futbol qurumlarının rəhbərlərini oyunçuların sağlıq durumunu düşünməyə çağırıb:

“Onlar futbolçuları da fikirləşməlidirlər. Futbolçularsız ortaya məhsul qoymaq olmaz. Gələcəkdə bunun acı nəticələrini görəcəyik. İnsan orqanizmi il ərzində bu cür təqvimə davam gətirə bilməz.

Nəsə dəyişməlidir, futbol qurumlarının rəhbərləri hansısa addımlar atmalıdır. Təəssüf ki, burda pul məsələsi var. Bu, biznesdir, lakin oyunçuların sağlığına görə puldan bir az aralanmaq lazımdır.

Bu günlərdə mənə dedilər ki, De Brüyne cəmi 3 həftəlik istirahətdən sonra gələn mövsüm 79 oyunda meydana çıxa bilər. Bu, həddən artıq çoxdur, nəyisə dəyişmək gərəkir. İstənilən futbolçu sizə deyə bilər ki, oyunlar həddən artıq çoxdur. Bu qədər çox qarşılaşmanı yüksək səviyyədə keçirmək mümkün deyil”.

 

Bənzər xəbərlər